“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirildi

21 Avqust 2017 19:03

Azərbacyanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalının stimullaşdırılması, həmçinin ölkə hüdudlarından kənara çıxarılması, eləcə də ixracın düzgün formalaşdırılması məsələləri Şəmkirdə keçirilən beynəlxalq konfransda müzakirə olunub. Konfransda qeyd edilib ki, iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub. Konfrans iştirakçıları daha sonra «Şəmkir Aqroparkı»nın Logistika Mərkəzində yaradılan şərait və fəaliyyət istiqamətləri ilə tanış olublar. Tədbirdə müvafiq dövlət qurumları, ali təhsil və elmi tədqiqat müəssisələri, ətraf rayonları təmsil edən fermerlər, aqrar sahədə ixtisaslaşan aparıcı yerli və xarici şirkətlər iştirak ediblər.


EMİN QULİYEV