Prezident İlham Əliyev fərman imzalayıb - VİDEO



Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Tərəvəzçilik elmi tədqiqat institu"nun fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu nazirliyin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1 milyon manat ayrılıb.

ARB 24


20 İyun 2019 22:04