Prezident İlham Əliyev sərəncam imzalayıb - VİDEO



Prezident İlham Əliyev Daxili İşlər Naziri Ramil Usubovun vəzifəsindən azad edilərək Prezident yanında Təhlükəsizlik Şurasının katibi təyin edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısı Vilayət Eyvazovun Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilməsi barədə də sərəncam imzalayıb. Digər sərəncamla Vilayət Eyvazov Daxili işlər Naziri təyin olunub.

Prezident İlham Əliyev həmçinin Mədət Quliyevi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edərək, müdafiə sənayesi naziri, Əli Nağıyevi isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edib.

ARB 24


20 İyun 2019 21:58