Gürcüstanda El bayramı qeyd edilir

15 Avqust 2017 13:56

Müxtəlif kənd və şəhərlərdən gələn qonaqların iştirakı ilə keçirilən El bayramına Rusiya, Türkiyə, Azərbaycan, eləcə də Gürcüstanın dövlət və hökumət nümayəndələri də qatılıblar. Qonaqlar bu bayramın dostluğa, sülhə və birgə yaşayışa çağrış olduğunu qeyd ediblər. Qədim kəndlərimizin adlarının yaşaması və gələcək nəsillərə ötrülməsində belə tədbirlərin önəmini vurğulayıblar. Bayram şənliyində Azərbaycan xalqının milli musiqiləri, muğam, aşıq havaları səsləndirilib. Həmçinin pəhləvanlıq sənəti nümayiş olunub. Laçın və Hüseyin qardaşlarının göstərdikləri nömrələr qonaqları herətə gətirib. Qədim kosalar kəndində keçirilən El bayramı sonda atəşfəşanlıqla başa çatıb.


AZƏR MƏMMƏDOV