Temperatur 38 dərəcəyədək yüksələcək

12 Avqust 2017 15:34

Avqustun 13-də Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək. Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. 34-36° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da havanın yağmursuz olacağı proqnozlaşdırılır. 33-38° isti, dağlarda isə 23-28° isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti təşkil edəcək.