“Layiqli tərəfdaş 2017” hərbi təlimləri başa çatır

12 Avqust 2017 12:43

Gürcüstanda keçirilən NATO-nun “Layiqli tərəfdaş 2017” hərbi təlimləri bu gün başa çatır. ABŞ ordusunun qərargah rəisi, general Mark Mayli bu ölkəyə səfəri çərçivəsində Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında keçirilən hərbi təlimə baxıb. Bildirilib ki, bu ilin sentyabrında ABŞ-la Gürcüstan arasında müdafiə hazırlığı proqramının imzalanacağı planlaşdırılır.


AZƏR MƏMMƏDOV