Goranboyda avtomobil piyadanı vuraraq öldürdü

12 Avqust 2017 10:52

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb. "Vaz 2107" markalı avtombil yolu keçmək istəyən 57 yaşlı Afərin Həsənovanı vurub. Sonra sürücü idarəetməni itirərək digər jiquliyə çırpılıb. Ağır bədən xəsarətləri alan piyada Goranboy Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.