Apteki talamaq cəhdi baş tutmadı

11 Avqust 2017 16:07

Paytaxtda aptekdən oğurluq etməyə cəhd göstərən şəxs saxlanılıb. Gecə saatlarında Qurban Abbasov küçəsindəki aptekdən Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Bir neçə saniyə sonra polis hadisə yerinə yaxınlaşıb. Xüsusi texniki vasitələrlə mühafizə edilən aptek yoxlanılan zaman obyektin pəncərəsinin sındırıldığı aşkar edilib.