Gəncə sakini döyülərək bıçaqlandı

11 Avqust 2017 15:21

Gəncə sakinini döyərək bıçaqlayıblar. Hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 43 yaşlı Mətləb Nəsrəddin oğlu Məmmədov müxtəlif bədən xəsarətləri və bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Zərərçəkən  bir neçə nəfər tərəfindən döyülərək bıçaqlandığını bildirib. Faktla bağlı araşdırma aparılır.