70 yaşlı piyadanı maşın vurdu

11 Avqust 2017 15:18

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub. Hadisə Gəncə-Samux avtomobil yolunda qeydə alınıb. "VAZ 21015" markalı avtomobil şəhərdə məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün 70 yaşlı Bəhmən Rəhim oğlu Hüseynovu vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.