Gəncədə usta ikinci mərtəbədən yıxılaraq öldü

11 Avqust 2017 15:16

Gəncədə çanaq antenası quran usta ikinci mərtəbədən yıxılıb. Hadisə şəhərin Əziz Əliyev küçəsində 4 mərtəbəli binada qeydə alınıb. İkinci mərtəbədə çanaq antenası quran 56 yaşlı Nəbi İmanov hündürlükdən yerə yıxılıb. Ağır xəsarət alan usta hadisə yerindəcə keçinib.