Ermənilər cəbhə xəttində yenidən yanğın törətdi

11 Avqust 2017 13:48

Ermənilər işğal altında olan Dağlıq Qarabağın Xocavənd rayonu ərazisində quru otlara od vurub. İşğalçılar rayonun adsız yüksəkliklərində də yanğın törədiblər. Alov Ağcabədi və Ağdamın cəbhəyanı yaşayış məntəqələrindən aydın müşahidə olunur. Hazırda alov küləyin təsiri ilə geniş ərazilərə yayılır.