Qazaxda 100-dən çox sürücü saxlanıldı

11 Avqust 2017 13:27

Qazaxda 100-dən çox qanun pozucusu saxlanıldı. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən təşkil olunan reyd zamanı nəqliyyat vasitələrini sərxoş halda idarə edən, sürücülük hüququ olmayan, ötmə qaydalarını pozaraq qəza şəraiti yaradan, habelə digər təhlükəli xətalar törədən sürücülərə qarşı müvafiq inzibati tədbirlər görülüb. Reyd zamanı saxlanılan sərxoş sürücülər özlərinə bəraət qazandırmaq istəsə də həkim yoxlamasından keçdikdən sonra onların sərxoş olduqları təsdiqləndi. Qanunu pozanlara qarşı yerindəcə izibati qaydada protokol tərtib olundu. Reyd zamanı polisin saxla əmrinə tabe olmayanlar da oldu. Sürücülər yola çıxarkən avtomobillərinin texniki nasazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Bu cür reydlər mütəmadi olaraq keçiriləcək.

 

HÜMMƏT QASIMZADƏ