Avtomobillər necə park edilməlidir?

10 Avqust 2017 10:39

Avtomobillərin parklanması məsələsi gündəlik problemlər sırasındadır. Xüsusilə də mərkəzi küçələrdə nəqliyyat vasitələrinin park edilməsi çox vaxt tıxaclara səbəb olur. Polis avtomobili dayanacaqlarda deyil, yol kənarlarında saxlayan sürücülərə qarşı 800-dən artıq inzibati protokol tərtib edib. Sürücülərin dayancaqlardan istifadə etməməsini mütəxəssislər qiymətlərlə əlaqələndirir. Bildirdilir ki, şəhərin müxtəlif ərazilərində salınan yeraltı və yerüstü dayancaqlarda qiymətlər məkana uyğun olaraq dəyişir. Ancaq acınacaqlısı isə odur ki, sürücülərin böyük əksəriyyəti avtomobili düzgün parketmək qaydalarını ya bilmirlər, ya da ki, əməl etmək istəmirlər. Ekspertin fikrincə, hərəkətin təşkil olunmasında da müəyyən problemlər var. İnzibati xətalar məcəlləsinin 346-cı maddəsinə əsasən dayanma və durmanın qadagan olunduğu yerlərdə avtomobilini park edən sürücü 20 manat, əgər bunu avtobus dayanacagında edərsə 40 manat cərimə oluna bilər. Həmçinin sürücü digər nəqliyyat vasitələrinin gediş gəlişinə mane olan yerlərdə, piyada keçidlərində  avtomobilini park edərsə, bu zaman nəqliyyat avsitəsi evakuasiya da oluna bilər.


XƏYALƏ VAQİFQIZI