Ermənilərin yaraladığı Ramin Arb24-ə danışdı

08 Avqust 2017 15:12

Tovuzun düşmənlə sərhəddə yerləşən Qaralar kəndi tez-tez atəşə məruz qalır. Ermənilər daha çox əhalini təsərrüfat sahələrində işləyən zaman atəşə tutur. Avqustun 7-də axsam saatlarında erməni silahlı qüvvələrinin növbəti dəfə atəşkəsi pozması nəticəsində kənd sakini 13 yaşlı Ramin Yusifov atla ot gətirərkən yaralanıb.Düşmənin gülləsi kənd sakinlərini qorxutmur. Çünki onlar Azərbaycan ordusunun gücünə güvənir. Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Yaralı yeniyetmə əməliyyat olunub,vəziyyəti normaldır. İcra nümayəndəsinin sözlərinə görə, evlərin, mülki sakinlərin ermənilərin hədəfinə məruz qalmaması üçün ordu tərəfindən müəyyən tədbirlər görülür. Hazırda kənddə nisbi sakitlik hökm sürür.


HÜMMƏT QASIMZADƏ