Boğulma halları çoxalıb REPORTAJ

07 Avqust 2017 14:05

Yay mövsümünün ən aktual məsələlərindən biri də dənizdə boğulma hallarıdır. Ötən illə müqayisədə bu il dənizdə boğulanların sayı artıb. Son bir ay ərzində 17 belə bədbəxt hadisə qeydə alınıb. Bəs bu dəhşətli statistikaya rəvac verən səbəblər hansılardır? Digər səbələrdən biri isə insanalrın qeyri-çimərlik ərazilərinə üz tutmalardır. Belə yerlərdə suya girməyə həvəsli olanlar unudurlar ki, həmin ərazilərdə xilasedicilər, təcili tibbi yardım briqadaları fəaliyyət göstərmir. Bu da boğulma halında vaxtında müdaxilə olunmamasına, sonda isə ölümə gətirib çıxarır. Rəsmi statistikaya əsasən, çimərlik mövsümü başlayandan bu günə qədər xilasedicilər suda boğulma təhlükəsiylə üzləşən 147 nəfəri xilas ediblər. Onlardan 101 nəfəri xidmətin nəzarətində olan çimərliklərdə, 46-sı isə qeyri çimərlik ərazisində xilas edilib. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları hər il mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirirlər.  Vətəndaşların suda təhlükəsizliyini qorumaq üçün qurumun çimərliklərdə 400 nəfərdən artıq əməkdaşı xidmət göstərir. Bu il mövsümi olaraq müqavilə yolu ilə 130 nəfərə yaxın işçi də təhlükəsizlik tədbirinə cəlb edilib.


TOĞRUL NƏSİRLİ