Prezident İlham Əliyev əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb - VİDEO



Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sənədə əsasən dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40% artırılır.

Dövlət başçısının digər sərəncamları ilə minimum aylıq əmək haqlarının məbləği 250 manat müəyyən edilib.

Dövlət peşə müəssisələrində çalışan, bilik bacarıqlarını Diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 20% artırılıb.

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının, Müdafiə Nazirliyini hərbi qulluqçularının, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının, Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40% həcmində artırılıb. O cümlədən Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşları da artırılıb.

ARB 24


19 İyun 2019 00:51