“Heydərbabaya salam” gürcü dilində

03 Avqust 2017 15:34

Tbilisi Dövlət Universitetində Seyid Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının gürcü dilinə tərcümə edilən kitabının təqdimat mərasimi olub. Tədbirdə Şəhriyarın həyatı ilə əlaqədar qısa məlumat verilib. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, “Heydərbabaya salam” poemasını gürcü dilinə çevirən şair-tərcüməçi Oqtay Kazımov Şəhriyarın həyat-yaradıcılığı haqqında dəyərli fikirlər söyləyiblər. Azərbaycanlı və gürcü tələbələr poemadan bir neçə nümunəni Azərbaycan-gürcü və fars dillərində səsləndiriblər. Mərasimdə Azərbaycan-Gürcüstan və İran ictimaiyyətinin nümayəndələri, görkəmli ədəbiyyatşünaslar, ictimai birliklərin üzvləri və ziyalılar iştirak ediblər.


AZƏR MƏMMƏDOV