Bədii oyma sənəti müasir dövrümüzdə

01 Avqust 2017 11:08

Dekorativ-tətbiqi sənətin ən geniş yayılan növlərindən biri də bədii oymadır. Qədim tarixə malik bu sənət əvvəlcə daş, sonradan isə sümük və  ağac üzərində tətbiq edilməyə başlayıb. Bu qədim sənəti müasir dövrümüzdə yaşadan sənəkarlar da var ki, bir-birindən gözəl incəsənət nümunələri yaradırlar. Daşqın Abbasov kimi. O, işinin peşəkarı olmaqla yanaşı, sənətinin vurğunudur. Oyma sənəti həm də incəsənətin rəssamlıq, xəttatlıq kimi bir çox növlərini özündə birləşdirir. İstifadə üçün daha çox şam, cökə, qoz, fıstıq ağacları seçilir. Çünki bu həm davamlılıq, həm də oyulma baxımından daha əlverişlidir. Bir sözlə, görüləcək iş üçün ağacın düzgün seçilməsinin əhəmiyyəti böyükdür. Daşqın usta əl işlərinin əksəriyyətini Azərbaycanın milli atributları və qədim musiqi alətlərinə həsr edib. Bu da ölkəmizə gələn turistlərin daha çox simvolik əşyalara üstünlük verməsi ilə bağlıdır. Qısası, onun sifarişçiləri arasında yerli əhali ilə yanaşı, turistlər də  var. Oyma ustası deyir ki, gün ərzində  3-4 sifariş qəbul edir. Qiymətlər isə ağacın növlərindən asılı olaraq dəyişir. Müsahibimiz televiziya olaraq bizi də yaddan çıxarmayıb. Əl işlərindən ibarət kolleksiyalar sırasında “ARB 24”-ün loqosunu da hazırlayıb. Daşqın usta cökə ağacından oyulan əl işini televiziyamıza hədiyyə olaraq təqdim etdi.


TOĞRUL NƏSİRLİ