"Sənət gecəsi " keçirildi

01 Avqust 2017 10:58

Qədim musiqi alətlərinin, yaddan çıxan mahnılarımızın bərpa olunaraq gələcək nəsillərə ötürülməsi dövrümüzün əsas tələblərindəndir. Bu fikirlər Tbilisidə Mirzə Fətəli Axundov adına muzeyin dəstəyi ilə  keçirilən "Sənət gecəsi" adlı tədbirdə səsləndirilib. Bildirilib ki, gənclərin bayağı musiqilərdən qorunması üçün milli musiqinin təbliğatına ehtiyac var. Gecədə oda qeyd olunub ki, tarixən Tbilisi Azərbaycan musiqilərinin kök atdığı şəhərlərdən biri olub bu gün isə mənfur qonşularımız burada Azərbaycan milli musiqi alətlərini eləcədə musqilərimizi öz mədəniyyətləri kimi təbliğ etməyə çalışırlar bunun isə qarşısının alınmasının bir yolu var oda gənc nəsilmizin öz musiqilərimizə sahib çıxması.


AZƏR MƏMMƏDOV