Avtomobillər bahalaşdı

29 İyul 2017 15:12

Gəncədə yerləşən maşın bazarında avtomobillər bahalaşıb. Alıcı marağı yüksək olsa da, nəqliyyat vasitələrinin baha qiymətə təklif edilməsi satışda çətinliklər yaradır. Bahalaşmadan şikayətlənən alıcılar qiymətlərin yüksək olması səbəbindən arzuladıqları maşınları tapmaqda çətinlik çəkirlər. Onlar deyir ki, maşınlara qoyulan qiymətlər ən az 500 manat artıb. Hazırda ən çox tələbat ikinci əl avtomobillərinədir. Satıcıların sözlərinə görə, alıcılar əsasən, yanacağı az işlədən maşınlara üstünlük verirlər. Bazarda ən çox satılan avtomobillər isə yenə də Rusiya istehsalı olan maşınlardır.


EMİN QULİYEV