Etnosumuz gürcü oxucusuna təqdim olundu

25 İyul 2017 13:39

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində “Azərbaycan-Gürcüstan dostluğu günləri” layihəsi çərçivəsində iki kitabın təqdimatı keçirilib.Təqdim olunan nəşrlər millət vəkili akademik Nizami Cəfərovun gürcü dilində çap olunmuş “Azərbaycan xalqının tarixi bioqrafiyası” və jurnalist, şair Dəyanət Osmanlının tərtib etdiyi “Azərbaycan-Gürcüstan: Dostluğun inkişaf yolu” kitablarıdır. Mərasimdə çıxış edən qonaqlar Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına toxunaraq iki ölkə arasında mədəni əlaqələrin səviyyəsinin daha da yüksəldilməsinə ehtiyac olduğu bildirib. Qeyd edək kikitablarda Azərbaycan xalqının etnosunun yarandığı gündən  keçdiyi inkişaf yolunun qısa tarixçəsi və eyni zamanda Azərbaycan-Gürcüstan münasibətlərinə aid azərbaycanlı gürcü müəlliflərin müxtəlif yazıları, məqalələri toplanıb.


AZƏR MƏMMƏDOV