Aksarayda Qarabağ parkı və Xarı bülbül abidəsinin açılışı oldu

24 İyul 2017 18:35

Türkiyənin qədim Aksaray vilayətində Qarabağ parkı və Xarı bülbül abidəsinin açılışı olub. Mərasimə minlərlə insan qatılıb. Şəhərin mərkəzində yerləşən Qarabağ parkı 30000 kv.metr ərazini əhatə edir.Tanınmış heykəltaraş Akif Əsgərov tərəfindən hazırlanan, Qarabağda bitən və bülbülə oxşayan Xarı bülbül çiçəyi abidəsinin üzərində Xocalı soyqırımı qurbanlarını əks etdirən fəryad edən ana təsviri, Xan qızı Xurşidbanu Natavanın, böyük şair Vaqifin rəsmləri, muğam üçlüyü, Qarabağın və Şuşanın tarixi yerləri öz əksini tapıb.  bildirilib ki Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində “Xocalı”, “Qarabağ” və adı ilə abidələr və parkların açılması ənənəvi hal alıb.