Əsgər Ağa Gorani yad edildi

22 İyul 2017 18:33

Milli mətbuat günü münasibətilə Gəncədə fəaliyyət göstərən qəzet, jurnal və informasiya agentliklərinin əməkdaşları, eləcə də televiziya kanallarının bölgədəki təmsilçiləri Azərbaycanın ilk jurnalistlərindən olan Əsgər Ağa Goranini yad ediblər. Azərbaycanın ilk milli mətbu orqanı olan “Əkinçi” qəzetinin ən fəal yazarlarından olan Əsgər ağanın bu qəzetdə 39 məqalə və məktubu çap olunub. O, həmçinin məktəblər üçün riyaziyyat, tarix, coğrafiya və əlifba kitabları tərtib edib, bir neçə bəddi əsərin, eləcə də Puşkin və Lermontovdan tərcümələrin müəllifi olub.


EMİN QULİYEV