"Həftəlik" mükafatlandırıldı

22 İyul 2017 13:12

22 iyul - milli mətbuatın yaranmasının 142-ci ili münasibətilə mərasim keçirilib. Bildirilib ki, ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycan milli mətbuatın yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı “Əkinçi” qəzetinin rolu və əhəmiyyəti böyükdür. Lakin mətbuatın inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasi kurs uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Milli mətbuat günü münasibətilə mükafata layiq görülənlər arasında Cənubi Qafqazın və Azərbaycanın ilk xəbər kanalı olan “ARB 24”-də var. Televiziyada ictimai siyasi analitik verilişin aparıcısı Nadir Şəfiyevin “Həftəlik” proqramı "İlin ən yaxşı regional xəbər proqramı” naminasiyasına layiq görülüb. Bildirilib ki, ölkənin ictimai siyasi həyatında baş verən bütün proseslərin mənzərəsini məhz bu verilişdə izləmək olur.