İqtisadiyyat naziri sahibkarlarla görüşdü

21 İyul 2017 13:35

İqtisadiyyat naziri Şahin Mustafayev Xırdalanda sahibkarlarla görüşüb. Nazir iş admlarının və vətəndaşların müraciətlərini dinləyib, qaldırılan məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb. Vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, tikinti materiallarının istehsalı, çörək istehsalı müəssisəsinə dəstək, əkin sahələrinin suvarılmasına köməklik göstərilməsi məsələlərini iqtisadiyyat nazirinə çatdırıb.


TOĞRUL NƏSİRLİ