Tovuzda qədim dövrə aid nizə başlığı tapıldı

20 İyul 2017 11:37

Tovuz sakini etnik xalqlara məxsus silah ucluğu tapıb. Kəmaləddin Əliyev ucluğu rayonun Hunanlar kəndində Kür çayının kənarında balıq ovu zamanı aşkarlayıb. Nizə ucluğu ilə bağlı tarixçilər hələlik konkret fikir söyləməyə çəkinirlər. Amma onların əksəriyyəti materialı mis və tunc qarışığı olduğundan tapıntını dəmir dövrünə yaxın keçmişə aid edirlər. Bu ərazidə sovetlər dönəmində arxeoloji qazıntılar da aparılıb.Sakinlər iddia edir ki, tapıntılar arasında qiymətli daş-qaş, xəzinə də olub. Nizə başlığı onda böyük maraq oyatdığından Kəmaləddin Əliyev həmin ərazidə axtarışlar aparacağını bildirdi. Bununla belə mütəxəssislər suya yaxın olduğundan ərazidə qazıntı işlərinin aparılmasını doğru hesab etmirlər. Onların fikrincə, əraziyə Milli Elmər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları cəlb olunmalıdır.


CÜMŞÜD MƏMMƏDOV