Ağstafada canavarlar 15 qoyunu parçaladı

17 İyul 2017 19:38

Ağstafada canavarlar kəndə hücum edib. Hadisə rayonun Xəlfəli kəndində baş verib. Yırtıcılar kənd sakini Camal Vəliyevə məxsus 30 baş xırdabuynuzlu heyvanı parçalayıb. Qoyunlardan 15-i ölüb, 14-nə isə xəsarət yetirib.Kənd sakinləri bildiriblər ki, canavarlar kəndə əvvəllər də hücum ediblər.