"ARB 24" "Teatrın dostu" mükafatını aldı

17 İyul 2017 19:32

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85-ci mövsümü başa vurdu. Teatrın bu mövsümü bir-birindən maraqlı tamaşalar, qastrollar, həmçinin müxtəlif yerli və beynəlxalq festivallarda qazandığı uğurlu nəticələrlə yadda qaldı. Teatrsevərlərə bayram ovqatı bəxş etmək üçün nəzərdə tutulan son nümayiş təntənəli mərasimlə yadda qaldı. Teatrın mövsümün sonuna həsr olunan bayram tədbirində il ərzində Azərbaycan Dövlət Kukla Teatrı ilə yaxından əməkdaşlıq edən, onun fəaliyyətini mütəmadi və ətraflı işıqlandıran KİV nümayəndələri də təltif edildi. Mükafatla təqdim olunan media nümayəndələri arasında C.Qafqazın ilk xəbər kanalı olan ARB24 TV-nin əməkdaşı da oldu. Kanalımız Milli Mətbuat Günü ərəfəsində “Teatrın dostu” mükafatı ilə təltif olundu.


XƏYALƏ VAQİFQIZI