Sumqayıtda oğrular tutuldu

17 İyul 2017 17:42

Sumqayıtda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.Sumqayıt sakini əvvəllər məhkum olunmuş Məzahir Əliyevin mənzillərdən dəyəri 15 min manata yaxın qızıl və 16 min manat pul oğurlamaqla zərərçəkənlərə ümumilikdə 31 min manat maddi ziyan vurduğu müəyyən edilib. Növbəti əməliyyat tədbiri nəticəsində isə silsilə velosiped oğurluqları etməkdə təqsirli bilinən Natiq Əliyev tutulub. Araşdırma zamanı həmin şəxsin şəhər ərazisində 7 velosiped oğurladığı məlum olub. Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.


RAMİL ZEYNALLI