Alpaqut döyüşçüləri güclüləri müəyyən etdilər

17 İyul 2017 15:56

Balaxanı İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə Xalq Qəhrəmanı Soltan bəy Soltanovun xatirəsinə həsr olunan açıq turnir keçirilib. Yarışda respublikanın şəhər və rayonlarını təmsil edən 12 komandadan 156 yeniyetmə və gənc idmançı bacarığını nümayiş etdirib. 8-18 yaşlı idmançılar və böyüklər müxtəlif çəki dərəcələrində turnirin qalibi adı uğrunda güclərini sınayıblar. Yarışlar Alpaqut Turan döyüşünün Aypara, Batur və Caymaz növləri üzrə keçirilib. Aypara növündə Ağdam filialı komanda hesabında qalib olub. Laçınlı alpaqutçular Batur növündə, Qaradağ komandası isə Caymaz növündə rəqiblərindən bir baş üstün olublar. Açıq turnirin qalibləri mükafat və diplomlarla təltif ediliblər.