Tələbələrin köçürülməsinə başlanıldı

17 İyul 2017 15:14

Orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsinə başlanılıb.Elektron qaydada aparılacaq sənəd qəbulu transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək və proses avqustun 15-ə kimi davam edəcək.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul imtahanında tələbənin topladığı bal köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.Həmçinin tələbənin köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzinin müəyyənləşdirdiyi eyni ixtisas qrupunda yerləşməlidir. Ötən tədris ili üzrə 233 nəfər tələbə ali, 46 nəfər isə orta-ixtisas təhsili müəssisələrinə köçürülüb.