Tovuzda avtomobil piyadanı vuraraq öldürdü

17 İyul 2017 14:09

Bakı-Qazax yolunda  qəza olub. Hadisə yolun Tovuzun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçmək istəyən rayon sakini 29 yaşlı Taleh Əsgərovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


CÜMŞÜD MƏMMƏDOV