ADO 5 illik yubileyini keçirdi

17 İyul 2017 10:39

Yarat Müasir İncəsənət Mərkəzində ilk müstəqil modern teatrı olan Azərbaycan Dağınıq Oda Teatrının 5 illik yubileyi keçirildi. Alternativliyi, fərqli üslubu ilə həmişə diqqət çəkən və ölkə mədəniyyətində özünəməxsus yolu ilə seçilən ADO ənənəsinə sadiq qalaraq bu dəfə də tamaşaçılarına “Dağınıq bir Oda” adlı fərqli performans təqdim etdi. Sonra ADO-nun qurucusu Elmin Bədəlov “5 illik ADO yolu” adlı proqramla çıxış etdi. Bildirdi ki, ADO klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi artıq qəbul olunub. “Hamam”, “Qadın səsi” və digər qısa performanslar nümayiş olundu. Tədbir gənc ifaçıların oxuduğu mahnılarla başa çatdı.