Benzinin qiyməti qalxdı

15 İyul 2017 10:59

Tarif Şurasının növbəti iclası keçirilib. İclasda SOCAR-ın müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib. Qərar bu gündən qüvvəyə minir. Həmçinin dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri də təsdiq edilib.