Nazir istefa verdi

07 İyul 2017 19:23

Gürcüstanın energetika naziri Kaxa Kaladze istefa verib. O, Tbilisi meri vəzifəsinə yerli seçkilərdə mübarizə aparmaq niyyətindədir. Kaladze 5 ilik fəaliyyəti ilə bağlı hesaba verib və istefası ilə bağlı bəzi detalları açıqlayıb. SİTAT: "Bu gün vəzifəmi tərk edirəm, mənim üçün çox əhəmiyyətli mərhələ başlayır. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili məni Tbilisinin meri olmağa namizəd kimi göstərib. Təbii ki, seçiləcəyim halda, uğurlu olmaq üçün əlimdən gələni edəcəm" SİTATIN SONU, Kaxe Kaladze 2012-ci il oktybarın 25-dən etibarən energetika naziri vəzifəsində çalışıb.