Əngəllərə qalib gələn sevgi...

07 İyul 2017 13:49

Onlar bir ildən artıq nişanlı idilər. Söhbət sağlamlıq imkanlarından məhdud olan Namaz və Fatmadan gedir. Müsahiblərim bir-birlərini sevib nişanlanıblar. Artıq hər iki gənc arzusuna çatdı. Bu gün onların həyatında ən əlamətdar gündür. Valideyn üçün övladının xoşbəxtliyini, şad gününü görmək ən ən böyük arzudur. Hər iki gəncin valideyinlərin sevincli idilər. 1-ci qrup əlil olan Fatma Babayevanın anadangəlmə yeriməsində qüsuru var. Namaz da 1-ci qrup əlildir. Onun qüsuru isə anadangəlmə inkişaf zəifliyidir. Povirinqlik ağırlıq qaldırma ilə məşğul olan Namaz Azərbaycan və Avropa çempionudur. Toy mərasiminə gələn yaxınları və tanışları hər iki gəncin şəninə xoş sözlər ünvanladılar. Biz də deyilənlərə şərik olub, Namaz və Fatmanı təbrik edir, onlara can sağlığı və xoşbəxt həyat arzulayırıq.


EMİN QULİYEV