Qeyri-maddi mədəni irs nümunələrimiz nümayiş olundu

07 İyul 2017 10:48

Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri Gürcüstanda nümayiş etdirilib. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun və “Folklorçular” İctimai Birliyinin əməkdaşları Gürcüstanın azərbaycanlıların kompak yaşadıqları Bolnisi rayonunda olublar. Nümayəndə heyətinin üzvləri Bolnisi Mədəniyyət Evində azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Layihə çərçivəsində Azərbaycan mədəniyyətinin, qeyri-maddi irsinin Avropada, eləcə də qonşu Gürcüstanda təbliği məqsədilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Səfərin məqsədi də Gürcüstanda Azərbaycan mədəniyyətini, qeyri-maddi irsini təbliğ etməkdir.Görüşdə videoçarxda nümayiş olunub. Videofilmdə tamaşaçılara Azərbaycan xalçaları, aşıq sənəti, muğam, Novruz bayramı, tar və onun ifaçılıq sənəti, kəlağayı, Lahıc misgərlik sənəti, çovqan oyunu barədə ətraflı məlumat verilib.


AZƏR MƏMMƏDOV