“Orkestr və mən”

06 İyul 2017 18:30

ARB-Aran Media Şirkətinin “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Orkestr və mən” adlı sənədli  film nümayiş olunub. Dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyində nümayiş olunan ekran işi Azərbaycanın əməkdar artisti, drijjor Həsənağa Abasquliyevin həyat və yaradıcılığına həsr edilib. Sənətkarın Bakı Dövlət Sirkində və “Arena” saz ansanblında  gördüyü işlərdən də bəhs olunub. Həsənağa Abasquliyev Azərbaycan musiqi mədəniyyətini yaratdığı əsərlərlə zənginləşdirib və öz töhfələrini verib. Drijjor “Qarşılama marşı”, “Topçular marşı”, “Dünya azərbaycanlılarının həmrəylik mahnısı”nın müəllifidir.


TOĞRUL NƏSİRLİ