Bakıda möhtəşəm gecə - VİDEO



Bakı Olimpiya Stadionunda "UEFA Avropa Liqası"nın möhtəşəm finalını Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də izləyib.

"Arsenal" və "Çelsi" komandaları arasında keçirilən final oyununun açılış mərasimində İngiltərəli DJ Conas Blu, Olimpiya Stadionuna toplaşan azarkeşlərə unudulmaz anlar yaşadıb. O, səhnəyə 150 rəqqasla birgə çıxıb.

Şərq ilə qərbin qovuşduğu Bakıda təşkil olunan möhtəşəm gecədə Conas Blunun bənzərsiz ifası azarkeşlərin alqışları ilə qarşılanıb.

ARB 24


30 May 2019 12:38