Döyüş atışlı taktiki təlimlər keçirilir

04 İyul 2017 13:59

Naxçıvanda hava hücumundan müdafiə bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, prosesə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb. Bölmələr döyüş tapşırığı aldıqdan sonra hərbi qərarqəbuletmə prosesinə uyğun tapşırığın aydınlaşdırılması, vəziyyətin qiymətləndirilməsi, maket üzərində qarşılıqlı əlaqə və hava hücumundan müdafiə öhdəliklərinin yerinə yetirilməsinə dair qərar qəbul olunub. Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri məhv edilib.