Əməkdar artist vəfat etdi

04 İyul 2017 13:00

Azərbaycanın əməkdar artisti Telman Əliyev vəfat edib. Aktyorun  bu gün ürək çatışmazlığından dünyasını dəyişdiyi  bildirilir. Akademik Milli Dram Teatrında müxtəlif rolların ifaçısı kimi tanınan məşhur Azərbaycan kino sənətinə böyük töhvələr verib. O, “Bir aktyorun teatrı”, "Bahar-99" kimi tele-tamaşalarda, "Şeytan içimizdədir", "Yük", "Bizi dağlarda axtarın"  kimi filmlərdə özünəməxsus obrazlar yaradıb. Allah rəhmət eləsin!