"Sən artıq ana ola bilməzsən"... Kimdir müqəssir?

03 İyul 2017 15:30

Söhbət Tovuz rayon Mərkəzi Xəstəxanasında qız övladı dünyaya gətirən Aygün Qasımovanın vəziyyətindən gedir. Ailə üzvləri deyir ki, Aygün doğuşadək daim həkim nəzarətində olub və səhhəti ilə bağlı heç bir narahatlıq müşahidə edilməyib. Qeysəriyyə əməliyyatına alınan Aygünün vəziyyəti qəfildən pisləşir. Təcili anaya qan köçürmək lazım gəlir. Amma bu vaxtı məlum olur ki...  İttihamlar bununla bitmir. Xəstə yaxınları bildirir ki, adı dövlət xəstəxanası olsa da Tovuz rayon Mərkəzi Xəstəxanası özəl tibb müəssislərindən heç də geri qalmır. Təbii ki, xidmətin keyfiyyətinə yox, ödənişə görə... O qədər pul istəyirlər ki, bilmirlər xəstəni düşünsünlər, yoxsa onlardan tələb olunan pulu hardan tapacaqlarını. Adları hallanan həkimlərin də münasibətini öyrəndik. İttihamları qəbul etmək istəməyən hipokratın davamçıları hərəkətlərinə bu cür bəraət qazandırdılar. Əməliyyatın nəticəsi olaraq Aygünün çəkisi 3 kq 800 qram olan qız övladı dünyaya gəlir. Ana və uşağın vəziyyəti kafi qiymətləndirilir. Əməliyyatdan təxminən 45 dəq sonra xəstənin uşaqlıq yolunda qanaxma başlayır. Ümumi vəziyyəti ağırlaşır. Nəbzi dəqiqədə 94 dəfə vurur, arterial təzyiq enir və qanaxma dayanmır... Beləcə... Respublika Perinetal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirir ki, "sən artıq ana ola bilməzsən" diaqnozu xəstəyə çox nadir hallarda qoyulur. O, bölgələrdəki xəstəxanalarda qan ehtiyatının olmaması məsələsinə də aydınlıq gətirdi. Bəli, əslində belə olmalıdır. Amma Tovuz rayon Mərkəzi Xəstəxanasında tam başqa abu-hava hökm sürür... İndi Qasımovlar ailəsini bir sual düşündürür: 26 yaşlı Aygünün Tovuz rayon Mərkəzi Xəstəxanasında başına gələnlər, analıqdan məhrum olması kimin günahıdır? Onlar bu sualın cavabını əldə etmək üçün hüquq mühafizə orqanlarının araşdırma aparmasını istəyirlər... Yalnız bundan sonra kimin haqlı, kimin haqsız olması ortaya çıxacaq...


AYNA MƏMMƏDOVA