Bu gündən pensiya yaşı artırıldı

01 İyul 2017 18:30

İyulun 1-dən “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklərin edilməsi qüvvəyə minib. Yeni qanuna əsasən, polis və hərbi qulluqçular istisna olmaqla, bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddi artırılıb. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ili 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ili 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ili müvafiq olaraq 5 il qaldırılıb. Bundan başqa, pensiyanın baza hissəsi ləğv edilib. Beləliklə, kişilərin pensiya yaşı 4 il, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq.