Dağlıq Qarabağ münaqişəsi Brüsseldə müzakirə olundu

30 İyun 2017 11:26

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Müdafiə naziri Zakir Həsənovun Brüsseldə NATO-nun Baş Katibinin müavini xanım Rouz Gotemoller ilə görüşündə mazakirə olunub. Tərəflər Azərbaycan-NATO münasibətləri, müdafiə sahəsində Alyansla qarşılıqlı faydalı əməkdaşlıq və ölkəmizin Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfə ətrafında fikir mübadiləsi aparıblar. Şimali Atlantika Şurasının Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası formatında Müdafiə nazirləri səviyyəsində keçirilən görüşdə bildirilib ki, hazırda Silahlı Qüvvələrimizin 94 nəfərlik sülhməramlısı Əfqanıstanda həyata keçirilən Qətiyyətli Dəstək Missiyasında iştirak edir. Eyni zamanda Azərbaycan NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə töhfə verir.