Azərbaycanda 2 dəmir yolu deposu tikilir - VİDEO



Azərbaycanda vaqonların saxlanılmasi üçün iki depo tikilir.

Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, dəmiryolu deposunun genişləndirilməsi üçün Fransanın İnkişaf Agentliyi ilə müqavilə mövcuddur:

"Biləcəri və Gəncədə depo tikilir. Yəni, vaqonların alınması üçün beynəlxalq yollarda (Xarkov, Moskva, Tbilisi) 50-ə yaxın sərnişin qatarı, 4 min də yük vaqonu olsa dəmiryolunun vəziyyətini düzəltmiş olarıq".

C.Qurbanov, həmçinin əlavə edib ki, üç il ərzində Azərbaycan 875 km dəmiryolu dəyişdirilib.

ARB 24


27 May 2019 12:57