“Ağdaban.az” saytı istifadəyə verildi

29 İyun 2017 18:34

“Ağdaban.az” saytı istifadəçilərin ixtiyarına verildi. Burada Ağdaban faciəsi ilə bağlı faktlar və həmin hadisədən fotoqaleriya yerləşdirilib. Portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. 1992-ci il aprelin 8-də baş verən Ağdaban faciəsi tarixdə bəşəriyyətə qarşı törədilən ən böyük cinayətlərdən biridir. Dağlıq Qarabağın qala qapısı hesab edilən Kəlbəcərin 130 evdən ibarət Ağdaban kəndi erməni seperatçılarının hücumuna məruz qalıb. Kənd bir gecədə tamamilə yandırılıb, 779 sakinə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib. Bunlar erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycana qarşı törətdiyi dəhşətli soyqırımdır. Layihənin həyata keçirilməsində məqsəd beynəlxalq ictimayyəti və gəncləri bu haqqda məlumatlandırmaqdır. Həmçinin Azərbaycanın haqlı mövqeyini dünyaya catdırmaq və erməni vandallarının törətdiyi vəhşiliyə ədalətli qiymətin verilməsinə nail olmaqdır. Sonda Ağdaban soyqırımına həsr olunan qısametrajlı sənədli film nümayiş olunub.