Azərbaycan Beynəlxalq Xalça Festivalında

29 İyun 2017 17:34

Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Xalça Festivalının açılışı olub.Tbilisi Xalq Tətbiqi Sənəti Muzeyində təşkil olunan tədbirdə bu cür festivalların mədəniyyətin inkişafında, mədəni əlaqələrin daha da genişlənməsindəki əhəmiyyətindən danışılıb. Builki festivalda Azərbaycan da daxil olmaqla 6 ölkənin xalça ustadlarının əl işləri nümayiş etdirilir. iyulun 2-dək davam edəcək mərasim çərçivəsində mütəxəssislərə xalçaçılıqla bağlı ustad dərsləri də keçiriləcək.


AZƏR MƏMMƏDOV