Bollivud aktyoru Bakıda sevənləri ilə görüşdü

29 İyun 2017 15:32

Bollivudun məşhur aktyoru,  “Şirin bəla” serialında yaratdığı obraza görə həm Türkiyədə, həm də Azərbaycanda populyarlaşan Avinash Sachdev Bakıda sevənləri ilə görüşüb. Pərəstişkarları qarşısında çıxış edən aktyor Azərbaycanda olmaqdan məmnun olduğunu bildirib. Aktyorun sevənləri ilə görüşü də böyük izdihamla yadda qaldı. Böyükdən-kiçiyə hər kəs Avinash ilə şəkil çəkdirmək, ondan imzalı rəsim almaq üçün bir-biri ilə yarışa girdi. Azərbaycan xalqının qonaqpərvərliyi və sevənlərindən gördüyü gözəl münasibətdən son dərəcədə məmnun olan aktyor xalqımızın mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olacağını söylədi.


XƏYALƏ VAQİFQIZI