Mədəniyyət ocağı istifadəyə verildi

28 İyun 2017 12:37

Gürcüstanın paytaxtı Tbilisidə SOCAR-ın dəstəyi ilə bərpa olunan görkəmli ictimai xadim və yazıçı Nəriman Nərimanovun ev muzeyi istifadəyə verilib. Açılış mərasimində dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, gələcəkdə bu muzey xarici turistlərin, ziyalıların, Gürcüstanda yaşayan azərbaycanlıların ziyarət və görüş yerinə çevriləcək. Rəsmi şəxslər və qonaqlar N.Nərimanovun ev muzeyində görkəmli yazıçı və ictimai xadimin həyat və fəaliyyətinə aid maraqlı eksponatlar, onun əlyazmaları və ona ünvanlanan məktublar və yazıçının kitabları, əsərlərinin foto şəkilləri ilə tanış olublar. Nəriman Nəcəf oğlu Nərimanov 1870-ci il aprelin 14-də Tiflis şəhərində anadan olub. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib. Görkəmli yazıçının bədii yaradıcılığı və müəllimlik fəaliyyəti Gürcüstanla bağlı olub.


AZƏR MƏMMƏDOV